6 Oktyabr 2017 16:55
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel Sülh mükafatını əldə etməyə bu il 318 iddialı olub.

Teleqraf.com xəbər verir ki, onlardan 215 nəfəri insan, 103-ü təşkilat olub.

Qeyd edək ki, bu il nüfuzlu mükafata Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) layiq görülüb.

ICAN (International Campaign to Abolish Nuclear Weapons) – Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya nüvə silahlarının ləğv edilməsi istiqamətində fəaliyyət göstərir. Bu, beynəlxalq təşkilat Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqavilənin müddəalarının tam yerinə yetirilməsinin təşviqi ilə məşğuldur. Kampaniya nüvə silahlarının qadağan edilməsi haqqında müqavilənin hazırlanması və imzalanmasına da kömək edib. 2007-ci ilin aprelində Avstraliyanın Melburn şəhərində qurulmuş təşkilat hazırda 101 ölkədən 468 tərəfdaş qeyri-hökumət təşkilatını öz sıralarında birləşdirir. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Oktyabrın 9-da isə iqtisadiyyat üzrə Nobel mükafatı laureatının, yaxud laureatlarının adları açıqlanacaq.

Müxtəlif sahələr üzrə laureatlara mükafatlar dekabrın 10-da – Nobel mükafatının yaradıcısı, isveçli sahibkar və ixtiraçı Alfred Nobelin (1833-1896) vəfatı günündə təntənəli şəkildə təqim olunacaq. Nobel sülh mükafatı Osloda, digərləri isə Stokholmda öz sahiblərinə veriləcək. Laureatlar 9 milyon İsveç kronu (1,2 milyon dollar yaxın) alacaqlar. Nobel Fondu 2001-ci ildən indiyədək ilk dəfə mükafatın məbləğini 12,5 faiz artırmaq qərarına gəlib. Əvvəllər laureatlar 8 milyon İsveç kronu (931 min dollara yaxın) alırdılar.

Nobel Fondunun investisiya kapitalının ümumi həcmi 2016-cı ilin dekabrı üçün 1,73 milyard kron təşkil edib.


Müəllif: Səxavət