10 Oktyabr 2017 21:08
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən məlumatına görə, heç bir namizəd səs çoxluğu qazana bilməyib.

Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.

Xatırladaq ki, YUNESKO-nun yeni baş direktoru vəzifəsinə əvvəlcə 9 nəfərin namizədliyi irəli sürülüb. Lakin sonradan Qvatemala və İraq öz namizədliklərini geri götürüb. Nəticədə seçkilərdə Azərbaycan (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (xarici işlər nazirinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) qalıb.

Səsvermənin növbəti turu sabah keçiriləcək.


Müəllif: Teleqraf.com