12 Oktyabr 2017 18:07
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan beynəlxalq terrorçuluqla mübarizədə etibarlı tərəfdaşımızıdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycana Pentoqandan gəlib: "Burada Azərbaycanla ABŞ-ın əlaqələrini necə möhkəmləndirəcəyimizi müzakirə etdik. Bu mənim Azərbaycana ilk səfərimdir. Bura yenə səfər edərək Azərbaycanla ABŞ arasında əməkdaşlığa öz töhfəmizi verəcəyik".

Laura Kuper qeyd edib ki, Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirir: "Azərbaycan 94 əsgəri digər sülhməramlılarla birgə Əfqanıstanda sabitliyin təmin olunmasına öz töhfəsini verir".

Laura Kuper bildirib ki, Azərbayan hökumətinin müxtəlif təmsilçiləri ilə görüşüb. Onun sözlərinə görə, XİN, Müdafiə Nazirliyi, Prezident Administrasiyasında keçirdiyi görüşlər faydalı olub: "ABŞ Əfqanıstan və Cənubi Asiyaya regionda sülhmərəamlıların yerləşdirilməsinə dair yeni yanaşma tətbiq edib".

Laura Kuper qeyd edib ki, yeni yanaşmalar Azərbaycan tərəfi ilə də müzakirə olunub.


Müəllif: İlhamə