13 Oktyabr 2017 09:52
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqdakı sığınacaqda qalan iki azərbaycanlı uşaqdan biri - 4 yaşlı Abdulla Azərbaycana gətirilib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, azyaşlı Azərbaycana dünən çatdırılıb: “Abdulla adlı uşağın valideynlərinin kimliyi dəqiqləşdirilib. Müvafiq danışıqlar nəticəsində onun İraq ərazisindən çıxarılmasına icazə verilib. Dünən axşam radələrinə Abdullanın Azərbaycana gətirilməsi təmin edilib”.

Hikmət Hacıyev deyib ki, Abdullanın Azərbaycan qanunlarına uyğun olaraq qohumlarına təhvil verilməsi prosesi gedir: “İkinci uşaq – 2 yaşlı Xədicə isə hələ Bağdaddadır. Onunla bağlı araşdırma davam etdirilir”.

Qeyd edək ki, 4 yaşlı Abdulla və 2 yaşlı Xədicə İraqın Təlafər şəhəri İŞİD-dən xilas edilərək Bağdada gətirilib. Onlar haqda ilk dədə Rusiyanın RT telekanalı məlumat yayıb.


Müəllif: İlhamə Əbülfət