28 İyul 2014 15:24
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Levon Ayrapetyanın həbsi Rusiyaya qarşı yeni “Maqnistski işi”nin yaranması ilə nəticələnəcək”.

Bu açıqlama ilə erməni generalı Arkadi Ter Tadevosyan çıxış edib.

O, Ayrapetyanın səhhətinin yerində olmadığını bildirib:


“Mən yenə də Ayrapetyanın Azərbaycanla Rusiyanın işbirliyi nəticəsində tutulduğunun üstündə dayanıram. Ayrapetyanın vəziyyəti uzunmüddətli həbs üçün yaxşı deyil. O buna dözməyəcək. Rusiya onu azad etməsə, “Maqnistski işi” ikinci hissəsi ilə üzləşəcək”.


Qeyd edək ki, Arkadi Ter-Tadevosyan Şuşanın ermənilər tərəfindən işğalına rəhbərlik edib./axar/


Müəllif: