30 İyul 2014 13:09
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropadan Səudiyyə Ərəbistanına gedəcək müsəlmanlar yeni prosedurlardan keçəcək.

Məlumata görə, son iki dəyişiklikdən sonra hacı olmaq istəyənlərdən səyahət etmək üçün sağlamlıq haqqında sənəd və barmaq izi istəniləcək. Bu tələblər Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülüb.

Bu prosedur ilk dəfə tətbiq olunacaq. Yeni dəyişikliklər müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə edilib. Artıq Belçika, Hollandiya və Fransada bu prosedur dəqiqləşib. Almaniyada isə bir neçə günə dəqiqləşəcəyi gözlənilir.

Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar xidmət vasitəsi ilə mümkün olacaq.

/publika.az/


Müəllif: