Oxşar xəbərlər
HƏMAS-ın silahlı qolu İzəddin əl-Qəssam birliyinin 10 İsrail əsgərini öldürdükləri əməliyyatın videosu ortaya çıxıb.
Məlumata görə, video Əl Əksa telekanalı tərəfindən yayımlanıb.
Videoda İsrail ordusunun formasını geyinən İzəddin əl-Qəssam birliyinin 9 üzvünün tuneldən keçərək 10 İsrail əsgəri tərəfindən qorunan hərbi qərargaha girməsi qeyd olunur.
Qeyd edək ki, dünən HƏMAS yaydığı açıqlamasında İsrail ordusuna qarşı əməliyyat keçirdiyi və 10 əsgərini öldürdüyünü bildirmişdi.
/axar.az/