7 Noyabr 2017 07:39
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ-a hər hansı cinayət və başqa hüquqi məsələlər üzrə zəmanət verməyəcək.

Bu barədə Türkiyənin ABŞ-dakı Səfirliyindən bildirilib.

Bəyanat iki ölkə arasında viza böhranına səbəb olmuş Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşlarının tutulmasından sonra verilib. Bazar ertəsi əvvəlcə ABŞ, sonra Türkiyə "məhdudlaşdırılmış həcmdə" vizaların verilməsinin yeniləndiyini bildiriblər.

"Türkiyə hüquqi dövlətdir və hökumətimiz davam edən hüquqi proseslərin predmeti olan işlər haqqında heç bir təminat verə bilmir", - deyə diplomatik missiyanın bəyanatında deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər