Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Vyetnamda görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, görüş Asiya-Sakit okeanı iqtisadi sammiti çərçivəsində keçiriləcək.
Peskovun sözlərinə görə, liderlər bir sıra məsələləri, o cümlədən Şimali Koreyanın nüvə varlığını müzakirə edəcək.
Qeyd edək ki, sammit noyabrın 10-11-də keçiriləcək.