7 Noyabr 2017 21:40
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:40

Prezident İlham Əliyev Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə bu sahədə uzunmüddətli səmərəli fəaliyyət göstərmiş aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Bədəlov Aydın Məmməd Səid oğlu

Cəfərov Rafiq Rza oğlu

Hüseynzadə Əbdülhüseyn Məmməd Cəfər oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Adgözəlov Elmirzə Qalamirzə oğlu

Ağasiyev Yaqub Oruc oğlu

Hüseynov Bəhram Bəhlul oğlu

Hüseynov İsmayıl Qədir oğlu

İmaməliyev Ədalət Əlişiraz oğlu

Qurbanov Fuad Hacı oğlu

Mahmudov Qoçalı Teymur oğlu

Məmmədov Qiyas Zülfüqar oğlu

“Əməkdar hüquqşünas”

Yaqubov Davud Yusif oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Babayev Muxtar Bahadur oğlu

2-ci dərəcəli “Əmək” ordeni ilə

Qasımov Süleyman Mehrəli oğlu

Məmmədov Xalik Rəfi oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Abbasov Kamal Fərhad oğlu

Ağamoğlanov Fərhad Hacıağa oğlu

Əfəndiyev Eldar Musa oğlu

Əliyev Allahverdi İsaq oğlu

Əzizov Nizami Əvəz oğlu

Feyzullayev Əkpər Əkpər oğlu

İskəndərov Daşqın Ələm oğlu

Qədimov Gündüz Rəhim oğlu

Məmmədov Aqil Nəcəfəli oğlu

Musayev Aslan Əjdər oğlu

Şirəli İskəndər Yaqub oğlu

Vəliyev Nazim Aslan oğlu

"Tərəqqi" medalı ilə

Abbasov Məzahir Muxtar oğlu

Abbasov Vüsal Qəzənfər oğlu

Abduləliyev Firuz Talış oğlu

Abdurahmanova Mirvari Aydın qızı

Babaşov Sarxan Mıxayəddin oğlu

Bayramov Elman Eyvaz oğlu

Bayramov Rövşən Bayram oğlu

Cəfərov Faiq Akif oğlu

Dadaşev Balaoğlan Hafiz oğlu

Deymon Mak Maklaud

Əfəndiyev Qalib Məmməd oğlu

Əhmədov Əyyub Əhməd oğlu

Əhmədov Vasif Fazil oğlu

Əliyev Qədim Veysəl oğlu

Əliyev Namiq Abbasəli oğlu

Əliyev Zeynal Telman oğlu

Əlizadə Fuad Qədim oğlu

Haqverdiyev Tahir Əyyub oğlu

Heydərov Hidayət Əli Heydər oğlu

Həmidov Fariz Əlibaba oğlu

Hüseynov Dadaş Ağa Cavad oğlu

Hüseynov Dilqam Dəmir oğlu

Hüseynov İlham İslam oğlu

Kərimov Kərim İsrafil oğlu

Qasımov Tariyel Əli oğlu

Quliyev Ramiz Nəriman oğlu

Qurbanov Elsevər Əli oğlu

Qurbanov Nəriman Fərman oğlu

Lesli Tullet

Mayılov İlqar Xəlil oğlu

Mehdiyev İlham Pənah oğlu

Mirzəyev Salamat Zöhrab oğlu

Muxtarov Kamil Bəşir oğlu

Muradov Rövşən Fazil oğlu

Mustafayev Azər İnqlab oğlu

Nağıyev Cəfər Nizami oğlu

Nikolas İan Hor

Piriyev Tofiq Ziyatxan oğlu

Seyfullayev Nahid Adəm oğlu

Şahgəldiyev Adil Ağayədin oğlu

Şəmsəddinov Yaşar Rza oğlu

Şixəliyev İmran Hüseyn oğlu

Şirinov Elçin İnqilab oğlu

Tahirov Rəşid Nəriman oğlu

Teymurov Niyazi Natiq oğlu

Yusifov Fəzail İsrayıl oğlu

Zeynalov Sehrəddin Ələs oğlu

Zülfüqarov Şahin Şakir oğlu.

***

20:53

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 dekabr tarixli 275 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 dekabr tarixli 275 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 721) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və preambulasında “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası milli təhlükəsizlik naziri müavininin” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti aparatının baş idarə rəisinin” sözləri ilə əvəz edilsin.

3. 2-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin”.

***

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci və 528-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Məcəllənin 154.1-1-ci maddəsində (birinci halda), 154.1-2-ci maddəsinin ikinci cümləsində və 154.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.3. həmin Məcəllənin 154.1-1-ci maddəsində (ikinci halda) və 528-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısını və tətbiqi qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 93-1.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;

2.3. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun 2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi ixtisaslaşmış tibb müəssisəsinin təşkil edilməsi üçün zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

4.1. azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təşkil edilməsi və həmin cəzanın icrası ilə əlaqədar elektron nəzarət vasitələrinin tətbiqinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsinin təsdiq olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsinin təsdiq olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Preambulasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissəsi ləğv edilsin.

4. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi” üzrə:

4.1. adında, 1.1-ci bəndində, 1.2-ci bəndinin ikinci abzasında, 2.5-ci bəndinin “a” və “c” yarımbəndlərində, 4.7-ci bəndinin “d” yarımbəndində (hər iki halda), 4.10-cu bəndinin üçüncü abzasında, 5.3-cü bəndinin birinci abzasında, 5.5-ci bəndinin “d” və “e” yarımbəndlərində, 5.6-cı bəndinin “d” yarımbəndində, 5.7-ci bəndinin birinci abzasında, 5.8-ci və 5.11-ci bəndlərində, 6.7-ci bəndinin “b” yarımbəndində, 6.13-cü bəndinin birinci abzasında, 7.1-ci, 7.3-cü, 7.7-ci və 8.1-ci bəndlərində ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

4.2. 1.4-cü bəndində, 4.10-cu bəndinin altıncı abzasında, 5.2-ci və 5.12-ci bəndlərində “Azərbaycan Respublikasının təhsil və milli təhlükəsizlik nazirliklərinin” sözləri “Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

4.3. 1.6-cı bəndində “Azərbaycan Respublikasının milli təhlükəsizlik və təhsil nazirlikləri” sözləri “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

4.4. 2.4-cü bəndinin “b” yarımbəndində və 3.2-ci bəndinin “e” yarımbəndində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

4.5. 4.1-ci və 5.9-cu bəndlərində “milli təhlükəsizlik naziri” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin;

4.6. 4.5-ci bəndinin birinci abzasının birinci cümləsində “milli təhlükəsizlik nazirinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti rəisinin” sözləri ilə əvəz edilsin;

4.7. 4.8-ci bəndinin üçüncü abzasında “Milli təhlükəsizlik naziri” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin;

4.8. 4.10-cu bəndinin üçüncü abzasında “Nazirliyin” sözü “Xidmətin” sözü ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 381 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 381 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 232) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında (hər iki halda), 1-ci və 2-ci hissələrində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin adında, 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri” üzrə:

3.1. adında, birinci hissəsində, dördüncü hissəsinin birinci cümləsində və beşinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. dördüncü hissəsinin ikinci cümləsində “MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN” sözləri “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

3.3. Akademiyanın Döyüş Bayrağının şəkilləri yeniləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə qərara alıram:

1. “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072) təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsinin yeddinci - on dördüncü abzasları müvafiq olaraq səkkizinci - on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Probasiya xidməti (baş idarə səlahiyyətli)”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin kadr korpusunun formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin ümumi say həddini 65 ştat vahidi artırsın;

2.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin təşkil edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 855-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 855-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 854-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 854-VQD nömrəli Qanununun 2018-ci il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər