Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukrayna dövlət başçısı Pyort Poroşenkonu “xalq impiçmenti”nə başlayacağı ilə hədələyib.
Teleqraf.com xəbər verir ki, bu gün axşam Kiyevdə Ali Radanın qarşısında keçirilən mitinqdə çıxış edən Saakaşvili qeyd edib ki, əgər müxalifətin tələbi rədd edilsə Poroşenkonun prezident səlahiyyətlərinin ləğvi kampaniyasına başlaya bilər.
Qeyd edək ki, mitinqdə deputat toxunulmazlığının ləğvi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tələb edir.