13 Noyabr 2017 21:58
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı münaqişənin həllilə bağlı aparılan müzakirələrlə bağlı Türkiyənin heç bir etirazı yoxdur. Yeganə istəyimiz görüşlərə terror təşkilatlarının nümayəndələrinin dəvət olunmamasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Soçi şəhərində keçirilən görşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Türkiyədə real müxalifətin sırasında terror təşkilatları yer almamalıdır. PYD, YPG və PKK arasında heç bir fərqin olmadığını biz Raqqa əməliyyatında gördük. Öcalanın fotoları ilə pozalar verirdilər. PKK/PYD kürdlərin heç də hamısını təmsil etmir. Başqa kürd qruplar da var. Biz siyahını Rusiyaya təqdim etmişik. YPG 500 min suriyalı kürdün məcburi köçkün düşməsinə səbəb oldu. Bu üzdən YPG-nin terror təşkilatı olmasına şübhə yoxdur. Onların kimlər tərəfindən istifadə olunduğu bəllidir", deyə nazir qeyd edib.

Qeyd edək ki, Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da həmin görüşdə iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər