18 Noyabr 2017 15:39
3 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq səfəri zamanı onun avtomobil karvanının keçəcəyi yola 50 ədəd bomba yerləşdirilməsi xəbəri yayılıb.

"Sputnik Azərbaycan" xarici mətbuata istinadla xəbər verir ki, bu xəbərə Kremlin mətbuat xidməti Dmitriy Peskov münasibət bildirib.

Peskov qeyd edib ki, telefon terrorçuları çox böyük "zarafat" ediblər. Daxil olan zənglərdə Putinin gəzəcəyi bütün yerlərə bomba qoyulduğu bildirilib.

Peskov zəng edən şəxslərin kimliyinin müəyyənləşdirilmədiyini və çox güman ki, başqa ölkələrdən olduqlarını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər