18 Noyabr 2017 16:41
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu Naim Süleymanoğlu vəfat edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 50 yaşlı əfsanəvi idmançıya qaraciyər köçürüldükdən sonra noyabrın 11-də onun beyninə qan sızmışdı.

Ataşəhər Memorial Xəstəxanası xəbəri təsdiqləyib.

Rizədə AKP-nin toplantısına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Naim Süleymanoğlunun ailsinə başsağlığı mesajı ünvanlayıb.


Müəllif: Mahir

Oxşar xəbərlər