1 Avqust 2014 01:03
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vanda Türkiyə baş nazirin etdiyi çıxış zaman Cumhuriyyət küçəsində gərgin anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyip Ərdoğanın Vandakı seçkiqabağı mitinqinə etiraz edən bir qrup Xalqların Demokratik Partiyasının (XDP) fəalları ilə polis arasında qarşıdurma baş verib.

XDP-dən olan prezidentliyə namizəd Selahettin Demirtaşın tərəfdarları müxtəlif şüarlar səsləndirərək, təhlükəsizlik tədbirlərini gücləndirən polis qüvvələrini daşlayıb.

Asayış keşikçilərini daş atəşinə tutanların çoxu azyaşlı uşaqlar olub. Görünür, ona görə də polis uzun müddət aksiyaya müdaxilə etməyib.

Atılan daşlardan 2 polis əməkdaşı yaralanıb. Etirazçıların dağılışmadığını görən təhlükəsizlik qüvvələri aksiyaya gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib.

Müdaxilədən sonra etirazçılar arxa küçələrə qaçıb, azı bir etirazçının saxlanıldığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər