30 Noyabr 2017 14:18
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ, Kəşmir, Şimali Kipr poblemləri üzrə Pakistan, Azərbaycan və Türkiyənin mövqeyi eynidir və biz bu münaqişələrin hər birinin ölkələrin maraqları çərçivəsində həllinin tərəfdarıyıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Pakistan Xarici İşlər naziri Xavaca Məhəmməd Asif Bakıda azərbaycanlı və türkiyəli həmkarı ilə birgə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq təşkilatlarda daima bir birini dəstəkləyir və tərəflər arasında heç bir fikir ayrılığı yoxdur:

“Bugünki görüşdə biz xüsusilə müdafiə sektorunda əməkdaşlıq məsələlərini müzakirə etdik. Çox təəssüflər olsun ki, ölkələrimiz arasında ticarət dövriyyəsi bir o qədər yüksək səviyyədə deyil. Amma ümid edirik ki, bu yaxınlarda bu artırılacaq. İslamabad və Bakı arasında birbaşa təyyarə reysinin olmamasından təəssüflənirik. Bu, iki ölkə arasında münasibətlərin daha da inkişafına mane olur. Ümid edirəm ki, yaxın zamanda bu məsələ də öz həllini tapacaq. Mənə verilən məlumata görə, son illər Pakistandan Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Paytaxtlar arasında birbaşa reys olduqdan sonra bu rəqəmlərin daha da artacağına ümid edirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər