Ekspertlər ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Ermənistana ciddi təsir göstərəcəyini vurğulayıblar.
Məlumata görə, bu günlərdə Ermənistan İqtisadiyyat naziri Karen Çşmarityan məsələ ilə əlaqədar narahatlığını bildirib. Erməni nazir əlavə edib ki, sanksiyalar siyahısına düşən və Ermənistanda da fəaliyyət göstərən Rusiya banklarının maliyyə akkumulyasiyasında ciddi problemlər yaranacaq.
Qeyd edək ki, bu gün ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri də həyəcan təbili çalıb. Bildirib ki, rəsmi İrəvan sanksiyalara hazır olmalıdır.
Xatırladılır ki, hazırda Ermənistanda işsizlik 11 faiz artıb. İşsizlik daha çox qadınlar arasında yayılıb və bu yöndə göstərici 72, gənclər arasında isə 24 faizə çatıb.
/axar.az/