Türkiyədə hərbi komissarlıqlar bağlana bilər.
Bunun ölkənin müdafiə naziri İsmət Yılmaz bəyan edib. Məlumata görə, bu barədə cümə günü Türkiyənin "Haber7" telekanalı xəbər yayıb.
Onunu sözlərinə görə, 2011-ci ildən başlayaraq, Türkiyədə ümumilikdə 150 hərbi komissarlıqlar bağlanıb.
Nazir qeyd edib ki, hərbi komissarlıqlar bağlanması orduya çağırış prosesinə təsir etmir.
Yılmaz bildirib ki, Türkiyədə artıq orduya çağırış üzrə yeni sistem tətbiq edilib və çağırışçılar "Elektron hökumət" portalının köməyi ilə özlərinin gələcək xidmət yerləri və başqa detalalr barədə öyrənə biləcəklər.
Türkiyədə hərbi komissarlıqlar Osmanlı imperiyası zamanı (Sultan II Əbdülhəmidin hakimiyyəti dövründə), 1886-cı ildə yaradılıb.
Hazırda Türkiyədə 530 hərbi komissarlıq fəaliyyət göstərir.
/trend/