"Nə vaxta qədər biz öz torpağımızda qorxa-qorxa yaşıyacayıq?"
“Ön cəbhədə baş verən hadisələri eşitdim, əsəbimdən özümə yer tapa bilmirəm”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib. Onun sözlərinə görə, yetərincə sayımız, texnikamız, hər cür inkişafımız var və biz ermənilərin nazı ilə oynamalı deyilik:
“Döyüşən oğlanlarımız çoxdu. Biz döyüşməyə hazırıq. Nə qədər bizə müraciətlər daxil olur. Köhnə vaxtlar deyil, hardansa silah tapıb döyüşə gedək. Qanuni yolla silahla təmin olunub, vuruşmağa getmək lazımdır. Onların nazı ilə oynamaq olmaz. Onlar elə bil məxluqatdırlar ki, qabaqlarından qaçdınsa, ayaqları yer alır”.
Qarabağ döyüşçüsü bu gecə baş verənlərin 18 yaşlı erməni hərbiçiləri tərəfindən deyil, döyüş görmüş erməni hərbiçiləri tərəfindən törədildiyini fikirləşir.
“Bu gecə baş verənlər, çox güman ki, döyüş görmüş köhnə erməni hərbiçilərinin işidir. Nə vaxta qədər biz öz torpağımızda qorxa-qorxa yaşıyacayıq? Başları əzilməsə, onlar heç nə çatası deyil. Onların ancaq başını əzmək lazımdır. 20 il atəşkəsin olması çox uzun zamandır. Bəzən adama elə gəlir ki, şəhid qardaşlarımız bizi bu illərə görə qınayırlar. Biz öz sözümüzü deməliyik. Döyüşmək lazımdır və biz buna hazırıq”, - deyə F.Rzaquliyev bildirib.
Anar Kəlbiyev