4 Dekabr 2017 15:44
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə terrorizmin maliyyələşdirilməsi arasında açıq əlaqəni qeyd etməmək mümkün deyil.

Bunu Milli Məclissədrinin birinci müavini Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında keçirilən "Parlamentarilər narkotiklərə qarşı" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, narkotik ticarəti daha çox hökumətin nəzarət edə bilmədiyi ərazilərdə çiçəklənir.

"Müxtəlif şüarlar, o cümlədən "millətlərin öz müqəddəratını təyinetmə hüququ" altında suveren dövlətlərin ərazisində "boz zonalar" yaranması və narkotik maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla, qanuna zidd hər cür fəaliyyət həyata keçirilməsi faktı həyəcan təbili çalmağa əsas verir. Bu baxımdan, Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyət ciddi narahat edir. İşğal nəticəsində bu bölgədə ölkənin mərkəzi orqanlarının işi tamamilə mümkünsüzdür və bu hal müxtəlif cinayətkar qruplaşmaların, o cümlədən narkotiklərin istehsalı və ticarəti üzrə ixtisaslaşan qruplaşmaların fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır", - deyə Ziyafət Əsgərov bildirib.

O həmçinin Azərbaycanın narkotiklər üzrə bütün beynəlxalq sazişləri həyata keçirdiyini və hətta narkotik maddə asılılığının müalicəsini asanlaşdırmaq üçün öz qanunvericiliyinə düzəliş etdiyini həmkarlarının diqqətinə çatdırıb: "Azərbaycan qanunvericiliyində bu yaxınlarda baş verən dəyişikliklərə əsasən, satış məqsədi ilə yox, şəxsi istifadə üçün narkotik maddə əldə edən şəxs cinayət məsuliyyətindən azad edilməklə məcburi müalicəyə göndərilə bilər. Bununla da, bu cür şəxslərin dövlət hesabına narkotik asılılıqdan qurtulmaq üçün əla şansı yaranır"./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər