Yusif Mustafayev bu gün Xəzər TV-də səhər verilişinə qonaq olmasına aydınlıq gətirib.
"Qafqazinfo"ya açıqlamasında ifaçı əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:
"Səhər telekanala getdim, əsgərlərimizin şəhid olmasından xəbərsiz idim. Heç kim bizə heç nə demədi. Evə gəldim uşaqlarım dedi ki, 8 şəhid vermişik. Mən Azərbaycan xalqından üzr istəyirəm. O qədər qansız deyiləm ki, şəhid verdiyimiz halda televiziyaya çıxıb qol açıb oynayım. Hər zaman vətən mövzularında həssas olmuşam, əsgərlərimiz üçün təşkil edilən tədbirlərdə canla-başla iştirak etmişəm. Səmimiyyətimə inanın, mənim xəbərim olmayıb."