1 Avqust 2014 14:54
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşlı kişi qızına bənzətdiyi qadını güllələyib.


Məlumata görə, hadisə Bursa şəhərində baş verib. İnşaatda işləyən 67 yaşlı Heydər Engin səhər saatlarında şəhərin Kiçik Sənaye Metro stansiyası yaxınlığında 31 yaşlı Rəmziyə Yıldızı tapançadan açdığı atəş nəticəsində yaralayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və cinayəti törədən Heydər Engin saxlanıb.

Polisin araşdırmasından sonra hadisənin təfərrüatları ortaya çıxıb.

Məlum olub ki, H.Engin qızını sevdiyi oğlana vermədiyinə görə qızı hələ 10 il əvvəl ailəsini tərk edib. Bu müddət ərzində ailə qızından xəbər tutumayıb. Lakin bir müddət əvvəl qonşular ona qızını gördüklərini və onun pis yola düşdüyü barədə xəbər çatdırıblar. Bundan əsəbiləşən H. Engin Kiçik Sənaye Metro dayanacağının qarısına gələrək orada bir müddət izlədiyi qadına yaxınlaşıb və “sən mənim qızıma çox bənzəyirsən” deyib. Bu hal bir neçə dəfə baş versə də, Rəmziyə Yıldız şəxsiyyətini təsdiq edən sənədi ona göstərərək qızı olmadığını, ondan əl çəkməsini xahiş edib. Lakin fikrindən dönməyən yaşlı kişi qadınla mübahisə edərək üzərindəki tapança ilə onu vurub. Qadın sinəsindən aldığı güllə yarasından xəstəxanaya yerləşdirilib.

Hazırda R.Yıldızın vəziyyətinin ağır olduğu bildirilir.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər