ABŞ Prezidenti Donald Tramp bu gün Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıdığını rəsmən elan edəcək.
Teleqraf.com “Ria Novosti”yə istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin nümayəndəsi məlumat verib:
“Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”.
ABŞ-ın gözlənilən bu qərarı bir çox dünya ölkələri tərəfindən etirazla qarşılanıb.