Qəzzada hərbi əməliyyatlar bərpa olunub.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə İsrail ordusu “HAMAS”-ın 72 saatlıq atəşkəs razılaşmasını pozduğunu əsas gətirərək, Qəzzada əməliyyatların bərpa olunduğunu açıqlayıb.
Ordu Qəzza sakinlərinə evlərindən çıxmamaq barədə xəbərdarlıq edib.
Fələstin mənbələrini bildirdiyinə görə, İsrail ordususnun hücumu nəticəsində artıq ölənlərin sayı 8-ə çatıb. İsrail ordusu isə açıqlama verib ki bu hücumlar “HAMAS”-ın roket hücumlarına cavabdır.
Qeyd edək ki, Qəzzada son əməliyyatlarda ölən fələstinlilərin sayı 1460-a çatıb.