Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radası önünə gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Rada önündə jurnalist və tərəfdarları ilə fikirlərini bölüşüb:
“Gecə bizə hücum etdilər. Mən çadırda idim, həmin vaxt tərəfdarlarım məni qorudu. Poroşenkoya səslənirəm: güc tətbiq etməyin! Bu, dinc aksiyadır”.
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu bu gün Saakaşvili ilə bağlı axtarış elan edib.