1 Avqust 2014 16:37
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Zarina Məmmədova bu səhər efirə çıxdığı üçün şəhid ailələrindən üzr istəyib.

"Qafqazinfo"nun məlumatına görə, ifaçı əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:

“İnsanları qınamaq çox asandı. Özlərini həmin insanın yerinə qoysunlar, o zaman nə baş veridiyini anlayarlar. Səhər efiri olduğuna görə səhər tələsik evdən çıxmışam, xəbər oxumağa vaxtım olmayıb. Nə verilişdən əvvəl, nə veriliş ərzində əsgərlərimizin şəhid olması haqda heç bir məlumatım olmayıb. Verilişdən çıxıb evə gələndən sonra bu haqda xəbər tutmuşam. Mən azərbaycanlıyam. Heç bir azərbaycanlı bu xəbəri bilib verilişdə ritmik mahnı oxumaz, oynamaz, gülməz, danışmaz. Bilmədən efirə çıxmışam, mənim heç bir günahım yoxdur. Bütün ailəsində itki baş verən şəhid ailələrindən üzr istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailəlerinə səbr versin. Vətən sağ olsun, Allah qalan bütün əsgərlərimizi qorusun. Bu olanlara mən də çox üzülürəm”.


Müəllif:

Oxşar xəbərlər