1 Avqust 2014 17:08
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhə xəttində 8 əsgərimizin həlak olması təbii ki, böyük faciədir. Amma savaş olan yerdə qurbanlar da olur. Cəbhə xəttində isə son günlər atəşkəs intensiv şəkildə pozulur.

Təkcə son günlər ərzində Azərbaycan tərəfi ermənilərin 50-yə yaxın əsgər və zabitini məhv edib.

Xəbəri verən mənbə onu da əlavə edibi ki, Ermənistan hökuməti və mediası bu barədə informasiyaları ciddi-cəhdlə gizlədir və cəmi 2 nəfər əsgərin ölməsi haqqında məlumatı açıqlayıblar. Azvision.az xəbər verir ki,məqsəd erməni cəmiyyətində təşvişin yaranmasına imkan verməməkdir.

Onu da qeyd edək ki, bu gün erməni mətbuatının eyni məzmunlu qısa xəbərləri yayması, üstəlik guya, Azərbaycan kəşfiyyatçılarına aid silahları ələ keçirməsi barədə yayılan məlumatlar bunu deməyə əsas verir. Öz itkilərini ört-basdır etmək istəyən Ermənistan bununla da diqqəti daxili narazılıqdan yayındırmağa çalışır.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər