ABŞ-ın İstanbuldakı baş konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Haber 7” agentliyi məlumat yayıb.
Buna səbəb kimi ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə əlaqədar gərginliyin artması göstərilib.
Məlumatlara görə, konsulluğu ABŞ-ın silahlı əsgərləri qoruyur.