10 Dekabr 2017 20:39
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında Qüdslə bağlı yol xəritəsini müəyyənləşdirəcəyik. Trampa ABŞ səfirliyinin Qüdsə köçürülməsinin asan olmayacağını göstərəcəyik".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Trampın Qüdslə bağlı qərarına münasibət bildirərkən qeyd edib.

Ərdoğan əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin sabah Ankaraya gözlənilən səfərində də Qüds məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyin ora köçürülməsinə dair qərar qəbul edib.


Müəllif:

Oxşar xəbərlər