Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın İsrail Baş naziri Benyamin Netanyahunun Ərdoğan haqqında "İranı və Qəzzadakı terrorçuları dəstəkləyən Türkiyə prezidentindən dərs almayacağam" sözlərinə münasibət bildirib.
Teleqraf.com xəbər ki, İbrahim Kalın Netanyahunun Ərdoğana yönəli fikirlərini ən sərt şəkildə qınadıqlarını bildirib.
"Beynəlxalq hüququn prinsiplərini heçə sayan, Fələstin xalqının torpaqlarını işğal edən, BMT-nin qərarlarını qulaqardına vuran İsrail ilk növbədə əməllərinə görə cavab verməlidir. İlk qıbləmiz olan Qüdsü işğalçı dövlətin paytaxtı edəcəklərini düşünənlər yanılırlar. İsrailli yetkililər ölkəmizə və liderimizə hücum etmək əvəzinə işğala son verməlidirlər", -Ərdoğanın sözçüsü bildirib.