Ankarada Türkiyə, ABŞ və İraqın iştirakı ilə təhlükəsizlik konfransı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, təhlükəsizlik konfransı dekabrın 14-də baş tutacaq.
Konfransda Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, İraqın Baş Qərargah rəisi Osman Qənimi və ABŞ-ın Avropa Qüvvələri komandanı Gurtis L. Skaparrotti, habelə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı Cozef Votel iştirak edəcək.
Qeyd edilir ki, əslində təhlükəsizlik konfransı dekabrın 12-də keçirilməli imiş, lakin Bəhreyindən gələcək general Votel və Ştutqartdan gəlməli olan general Skaparrottinin proqramında son anda dəyişiklik edilib. Bu səbəbdən də toplantı cümə axşamına salınıb.
Təhlükəsizlik konfransında ABŞ və İraq hərbi rəhbərliyi ilə PKK-nın Suriya qolu olan YPG qüvvələrinin vəziyyəti haqda müzakirə aparılacaq.
Hulusi Akar ABŞ-ın YPG ilə etdiyi əməkdaşlıqdan duyulan narahatlığı dilə gətirəcək, habelə ABŞ Prezidenti Donald Trampın Prezident Ərdoğana dediyi “PYD-yə artıq silah verilməyəcək” sözünün yerinə yetirilmədiyini bəyan edəcək.