12 Dekabr 2017 15:51
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hərbi əməliyyatlar başa çatıb. Ölkə ərazisi terrorçulardan təmizlənib. Buna görə də Suriyada Rusiya qoşunlarına ehtiyac duyulmur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib:

“Bu cür potensialın istifadəsi üçün səbəb yoxdur. Buna görə də ali baş komandan belə qərar qəbul etdi”.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Suriyada Xmeymim aviabazasına gəlib. O, burada suriyalı həmkarı Bəşər Əsədlə görüşdən sonra rus ordusuna geri çəkilmək əmri verib.


Müəllif: Samir

Oxşar xəbərlər