13 Dekabr 2017 13:03
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışını bu cümlə ilə bağlayıb:

“Qüdsün qardaşı İstanbuldan, bütün qardaşlarıma, Qüds dostlarına salam olsun”.

O, ABŞ Prezidenti Donald Trampın Qüds qərarının beynəlxalq hüquqa zidd olduğunu bildirib:
“Tramp beynəlxalq hüquqlara məhəl qoymadan Qüdslə bağlı belə qərar qəbul edib. Uzun sözə ehtiyac yoxdur. Qüdsdə bu qədim şəhərin küçələrində bir neçə dəqiqə dolaşan hər kəs buranın işğal altında olduğunu anlayacaq. BMT Təhlükəsizlik Şurasının 1980-cı ildə verdiyi qərara əsasən, heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Bu qərarla ABŞ İsrailin Qüdsü işğal etməsinə dəstək verib. Trampın Qüds qərarını qəbul etməyən bütün ölkələrə təşəkkür edirəm”.

Ərdoğan Roma Papası da daxil olmaqla bir çox liderlərlə bu məsələni müzakirə etdiyini xatırladıb:

“İslam ölkələri də Qüds qərarını rədd edib. Bu qərarın tarix, əxlaq, hüquq və vicdan baxımından heç bir mənası yoxdur. Bu qərar fələstinlilərin cəzalandırılması mənasına gəlir”.

Türkiyə prezidenti İsraili işğalçı dövlət adlandırıb: “İsrail işğalçı dövlətdir. Bəzən məndən niyə belə dediyimi soruşurlar. Necə deməyim? 10 yaşlı uşaqları həbs edirlər. 14 yaşlı yeniyetməni vəhşicəsinə döyürlər. Son olaylarda da bunun şahidi olduq. Ey Tramp, sənə bundan başqa nəyi başa salım? Hər şey ortalıqdadır. İsrailə isə heç nə başa salmağa ehtiyac yoxdur”.

Ərdoğan islam ölkələrinin bu məsələdən kənarda qala bilməyəcəyini deyib:

“Qüds qərarı bütün insanlığa təhdiddir. Bu, hər birimizin gələcəyinə təsir edə bilər. Biz paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması tələbindən vaz keçməyəcəyik”.


Müəllif: Samir

Oxşar xəbərlər