13 Dekabr 2017 13:51
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qüdslə əyalətlərindən biri kimi davranır və onu İsrailə hədiyyə etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Qüds müstəqil Fələstin dövlətinin paytaxtı olacaq:

“Bu addımın sülhə, barışa xidmət etmədiyini də görürük. Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Bununla, ABŞ vasitəçilik missiyasını itirib. Bundan sonra gələcəkdə də ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək. Bu barədə qərar qəbul etmişik. Bizə dəstək edən hər kəsə təşəkkür edirik. Qüdsü heç kimə verməyəcəyik. Mübarizəmizi davam etdirəcəyik.

Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil”.


Müəllif: Samir

Oxşar xəbərlər