ABŞ-ın vitse-prezidenti Mayk Pensin İsrail səfəri təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu qərar İsrail tərəfi üçün gözlənilməz olub.
Məlumata görə, səfərin hansı müddətə təxirə salındığı açıqlanmayıb.
Bəzi İsrail mediası vitse-prezidentin ABŞ Konqresindəki vergi islahatları ilə bağlı müzakirələr səbəbindən səfərini təxirə saldığını bildirsə də, bu qərarın ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından sonra verilməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, Trampın Qüds qərarından sonra Fələstin tərəfi Penslə görüşməkdən imtina etmişdi.