15 Dekabr 2017 13:00
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orduya ictimai nəzarət məsələsi haqda danışıldı. Nəzərə almaq lazımdır ki, Silahlı Qüvvələr Ali Baş Komandan qarşısında hesab verir. Ali Baş Komandan Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Siyavuş Novruzov deyib.

Deputat əlavə edib ki, Silahlı Qüvvələrdə nəsə baş verəndə Ali Baş Komandan tədbirlər həyata keçirir:

“İndi QHT-ləri aparıb onlara silah göstərəcəklər. Heç bilinmir, onların silahdan başı çıxacaq və ya çıxmayacaq. Buna kifayət qədər təcrübəsi olan qrup lazımdır ki, gedib nəyin necə olduğunu görsün. Amerikanı misal çəkirik. Bu, başqa sistemdir. Bizdə müqvailə ilə xidmət keçən az idi. İndi Ali Baş Komandan da tapşırıb ki, əsgər yemək bişirməməli, döşəmə silməməlidir. Silahla məşğul olmalıdır.Bu baxımdan təsərrüfat işlərini görmək üçün mülkü şəxslər cəlb edilir”.

S.Novruzov əlavə edib ki, Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsi haqda da fikirlər səslənir:

“Bir dəfə orduya mülki şəxs rəhbərlik etdi, riyaziyyatçını gətirib nazir qoydular. Nəticə göz önündədir, nə qədər ərzimiz işğal edildi”.

Deputat xüsusilə qeyd edib ki, media ancaq Müdafiə Nazirliyinin rəsmi xəbərlərinə istinad etməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər