2 Avqust 2014 14:54
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində Azərbaycan diasporunun iki üzvü, iş adamları - 1964-cü il təvəllüdlü Cahangir Əliyev və 1974-cü il təvəllüdlü İkram Ədilov itkin düşüblər.

İtkin düşən İ. Ədilovun qardaşı Rasim Ədilov bildirib ki, hər iki şəxs iyulun 30-u biznesləri ilə əlaqədar Rusiya ilə sərhəd Krasnodon şəhərinə gediblər: “Eşitdik ki, həmin gün Krasnodon şəhəri separatçılar tərəfindən bombalanıb. Dərhal onlarla əlaqə saxladıq, lakin heç birinə zəng çatmadı. O gündən bəri hər ikisinin telefonu bağlıdır”.

Qeyd edək ki, Ukrayna vətəndaşları olan C. Əliyev Azərbaycanın Astara, İ. Ədilov isə Tərtər rayonundandır.

APA


Müəllif: