21 Dekabr 2017 10:40
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamentində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qüds qərarına reaksiyası müzakirə edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Likud Partiyasının sağçı millət vəkili Yehuda Qlik Ərdoğanın Qüds açıqlamalarına görə cəzalandırılmasını tələb edib.

Parlamentdəki Ərəb Birliyi blokunun nümayəndəsi Əhməd ət-Tıybi isə bu tələbə sərt reaksiya göstərib.

Fələstin əsilli millət vəkili Ərdoğanın son dərəcə şərəfli addım atdığını bildirib. O, İsrail deputatlarını Ərdoğana hücumda ittiham edib.

Ət-Tıybi qeyd edib ki, Qüds Fələstinin paytaxtı olub və olacaqdır.


Müəllif: Samir

Oxşar xəbərlər