Bir sıra ölkələr, o cümlədən Ermənistan ABŞ-ın yardımından asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, Ermənistan Vaşinqtonun Qüdslə bağlı mövqeyni qəbul etsə, islam dünyası, ilk növbədə İranla, o cümlədən strateji müttəfiqi Rusiya ilə əks cəbhədə olacaq və bunun acı nəticəsi özünü çox gözlətməyəcək:
“Yox, əgər Amerikanın mövqeyi ilə razılaşmasa, onun maliyyə yardımından məhrum olacaq. Ermənistan növbəti dəfə iki stulda oturmaq siyasətinin acı nəticəsini dadmaqdadır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüds məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ilə bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, onun Qüds mövqeyini qəbul etməyən ölkə ABŞ-ın maliyyə yardımından məhrum olacaq.