3 Avqust 2014 12:00
3 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdaşımız cəbhə bölgəsindən yazır...


Tərtərin Qapanlı kəndindəyik. Yolda bir neçə dəfə güllə səsləri eşidilir. Maşının işığını söndürüb yavaş sürətlə hərəkət edirik.

Gecə saat 2 radələrində düşmən tərəfindən atılan güllələr daha da intensivləşir. Bu da onunla əlaqədardır ki, ermənilər Azərbaycan tərəfində postların cüt saatlarda dəyişdirildiyini ehtimal edir. Bir qədər sonra cəbhə xəttinə yaxınlaşırıq. Sürücümüz təhlükəsizlik məqsədi ilə maşının işıqlarını söndürür. Yarım saat qaranlıqda yol gələrək, Tərtərin mərkəzindən 25 km aralıda yerləşən posta çatırıq. Bələdçimiz posta yaxınlaşmağımızın problem yaradacağını deyib əsgərlərimizə, ümumiyyətlə, görünməməyi tövsiyə edir. Güllə səsləri eşidilsə də, görünmədiyi üçün ancaq səsini video ilə yaza bilirik. Bir neçə dəqiqə sonra geri qayıdıb yaxınlıqdakı bir evin qapısını döyürük. Ev sahiblərinin yatmasından ehtiyat etsək də, hamı oyaqdır. Ev sakinləri deyir ki, kəndin boşaldıması düz söhbət deyil. Sadəcə, ermənilərin hədəfinə tuş gələ biləcək bir neçə evin sakini qonşu evlərə köçürülüb: “Düzdür evlərindən çıxarılanlar var, ancaq kəndin boşaldıması yalandır. Tərtərlilər evlərini qoyub harasa gedəcək insanlar deyil. Kənddə 80-ə yaxın ailə var. Heç kim də evini qoyub getməyib, hamı kənddədir”. Sakinlər onu da dedi ki, əsgərlərimizin ermənilərin kazarmasını vurması haqqında da bəzi söz-söhbətlər var: “Səhər bizimkilər topdan atəş açırdılar. Deyilənə görə, toplardan biri emrənilərin kazarmasına deyib, ermənilər ciddi itki verib".


Qeyd edək ki, "Yeni Müsavat"ın cəbhədə olan əməkdaşı da erməni kazarmasının topla vurulduğunu təsdiqləyib. Reportajlarımız davam edəcək. /axar.az/


Müəllif:

Oxşar xəbərlər