3 Avqust 2014 13:19
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhə xəttində ötən günlərə nisbətən sakitlikdir. Ara-sıra atışma halları olsa da, bu artıq iriçaplı deyil, kiçik çaplı, əsasən avtomat silahlardan istifadə edilməklə baş verir.

Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlının sözlərinə görə, ermənilər avqustun 2-də və 3-nə keçən gecə demək olar ki, bütün cəbhə boyu atəşkəsi pozublar: "Ermənistan silahlı qüvvələri istər Ermənistan ərazisindən, istərsə də işğal etdikləri Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Ümumilikdə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 190 dəfə pozulub. Bütün hallarda Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilib".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, atəşkəsin pozulması zamanı Azərbaycan Ordusu tərəfindən ölən və ya yaralanan olmayıb.


Müəllif:

Oxşar xəbərlər