24 Dekabr 2017 12:59
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə cənab Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və millətimizin, dövlətimizin tərəqqisi naminə gördüyü böyük işlərdə uğurlar arzulayıram.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

O qeyd edib ki, cənab Prezidentin yürütdüyü daxili və xarici siyasət məsələləri ilə bağlı çox danışmaq olar:

“Qısa olaraq söyləmək lazımdır ki, cənab Prezidentimiz Azərbaycan tarixində bir çox ilklərə imza atıb, uğurlu siyasəti ilə millətimizin və dövlətimizin başını daim uca edib. Yürüdülən xarici siyasət ölkə daxilində dövlət quruculuğu və millətimizin daha yaxşı yaşaması üçün əlverişli beynəlxalq şərait yaratmağa yönəlib və bu təmin edilib. Dövlətimizin beynəlxalq mövqeləri və dünya siyasətində rolu artıb. Azərbaycan dövləti bir çox beynəlxalq toplantıların keçirildiyi mərkəzə çevrilib. Hesab edirəm ki, cənab Prezidentimizin rəhbərliyi altında yürüdülən daxili və xarici siyasət xətti bundan sonra da davam etdirilməlidir”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin doğum günüdür. Dövlət başçısı 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər