24 Dekabr 2017 22:17
4 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şırnakda çıxışının sonunda qorxulu anlar yaşayıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan səhnədən gedən zaman vətəndaşlardan biri mühafizəçilərdən sıyrılaraq prezidenti qucaqlamaq istəyib.

Mühafizəçilər vətəndaşı dərhal oradan uzaqlaşdırılıb.

Hüseyn Demircan adlı şəxs polisə ifadəsində bildirib ki, PKK ilə savaşda 13 yaxınını itirib: "Anam, iki bacım, iki qardaşım PKK tərəfindən öldürülüb. Məqsədim Ərdoğana sarılmaq idi, mühafizəçilər düzgün anlamadılar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər