Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur ölkə Prezidenti Həsən Ruhaniyə məktubla müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, məktubunda Urmiyanın adına düzəliş edilməsini tələb edib.
Millət vəkili vurğulayıb ki, əhali şəhərin adının yazılışından narazıdır və onun düzgün yazılmasını tələb edir:
“Bu şəhərin adı müxtəlif tarixi mətnlərdə “Urmiya” və ya “Urmu” kimi yazılıb. Sonralar saxtalaşdırılaraq “Rzaiyyə” ilə əvəz edilən ad 1979-cu ildə Nazirlər Kabinetinin qərarı əsasında “Urumiyə” sözü ilə əvəzlənib. Lakin əhali hər zaman bu şəhərin adının yanlış yazılışına etiraz edib, ona düzəliş edilərək, “Urmiya” şəklində yazılmasını tələb ediblər”.