29 Dekabr 2017 13:58
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib.

Teleqraf.com-un xəbərinə görə, dəyişikliklər barədə danışan Əli Hüseynli bildirib ki, bunlar vacib məsələləri tənzimləməyə xidmət edir:

“Xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri, aparatların yaradılması kimi məsələlər bu qanunla tənzimlənəcək. Rusiya, Çin, Polşa ticarət nümayəndəliklərimiz var. Təklif edilir ki, onların aparatları da yaradılsın. Gələcəkdə Azərbaycanın ciddi ticarət əlaqələrinin mövcud olduğu ölkələrdə ticarət nümayəndəliklərinin yaradılması təklif edilir. Ticarət nümayəndəlikləri səfirlik və konsulluqlarda yaradılacaq. Hesab edirik ki, ölkə iqtisadiyyatının hazırkı məhələsində xarici ölkələrdə ticarət nümayəndəliklərinin mövcudluğu təqdirəlayiq haldır”.

Qanunun 21.6-cı maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil ediləcək.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiqi cra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər