Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə müraciət qəbul edib.
Teleqraf.com xəbər verir ki, müraciətin mətnini parlamentin trubunasından deputat Məlahət İbrahimqızı oxuyub.
Dünya azərbaycanlılarına ünvanlanan müraciət 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədardır.
Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağrılır, bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.
Müraciət deputatlar tərəfindən yekdilliklə qəbul olunub.