Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, bol enerji, ölkənizə isə sülh və firavanlıq arzulayıram.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin müsbət dinamikasını görməkdən məmnunluq hissi duyuram.
Sizin ölkəmizə sonuncu səfəriniz Azərbaycan ilə Latviya arasında sıx bağlarla qurulmuş əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün möhkəm təməl yaradıb.
Zati-aliləri, mənim ən yüksək ehtiramımı, eləcə də Sizə və Azərbaycan Respublikasının xalqına uğurlu və firavan Yeni il arzularımı qəbul etməyinizi rica edirəm".
***
Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Prezident lham Əliyevi təbrik edib.
Məktubda deyilir:
"Zatı-aliləri.
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub. Əminəm ki, strateji tərəfdaşlar olaraq xalqlarımızın qarşılıqlı mənafeyi naminə bizim birgə səylərimiz sayəsində əməkdaşlığımızın genişlənməsi daha böyük nailiyyətlərə gətirib çıxaracaq.
Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.
Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".