31 Dekabr 2017 00:25
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün həm siyasi hadisələr, həm də iqtisadi və institusional islahatlar baxımından çox əhəmiyyətli il oldu.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, bu ilin simasını müəyyənləşdirən əsas hadisələrdən biri Prezident İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi idi. Onun sözlərinə görə, islam həmrəyliyi çağırışı həmrəyliyin fövqündə olmaqla, əslində sivilizasiyalararası dialoq kimi dünyaya təqdim olundu:

“Düşünürəm ki, beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində bir müsəlman ölkəsinin belə təşəbbüslə çıxış etməsi və islam dəyərlərini dünyaya bu şəkildə təqdim etməyi bacarması xüsusi qeyd olunası hadisədir. Əlbəttə ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu məqsədə xidmət edirdi”.

Millət vəkilinin fikrincə, bu il vitse-prezidentlik institutunun funksional şəkildə tətbiq olunması da mühüm hadisələr sırasındadır:

“Bu mənada institusional idarəetmənin təkmilləşdirilməsi sosial məsələlərin həllinə böyük töhfələr verib”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də diqqəti çəkən H.Babaoğlu xatırladıb ki, 2016-cı ildə münaqişənin həlli ilə bağlı danışıqlar prosesində müəyyən fasilələr yaranmışdı:

“Amma Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində danışıqlar prosesi heç bir güzəşt olmadan bərpa olundu. Bir neçə gün öncə Xarici İşlər Nazirliyinin yayılan məlumatında da bildirilir ki, 2017-ci il substantiv və intensiv danışıqlar ili kimi yadda qaldı. Bu ilin vacib hadisələrindən biri də Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində sazişin hazırlanmasıdır. Eyni zamanda, Avropa İttifaqının sənədlərində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğurudur”.

2018-ci ilin dövlət büdcəsinin qəbul olunmasının da ilin vacib hadisəsi kimi səciyyələndirən millət vəkili qeyd edib ki, postdevalvasiya büdcəsi ölkənin müdafiə qabiliyyətini artırmaq, təhlükəsizliyini təmin etməklə yanaşı, bütün sosial layihələri həyata keçirəcək büdcə kimi xarakterizə olunur.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər