İranda hökümət əleyhinə etiraz aksiyaları davam edir. Aksiyalar zamanı bir polis, 13 etirazçı öldürülüb.
Teleqraf.com xəbər verir ki, İran dövlət televiziyası aksiyalar zamanı 12 etirazçının öldüyünü bildirmişdi. Bu gün Nəcəfabad şəhərində keçirilən aksiyada daha bir mülki şəxs öldürülüb, 3 nəfər isə güllə yarası alıb.
***
Aksiyalarda həlak olanların sayı 18 nəfərə yüksəlib.
"Th1an1" saytı etirazlar zamanı 300 nəfərin xəsarət aldığını, 700-dən çox adamın həbs edildiyini iddia edib.
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd şəhərində heç bir siyasi partiyanın çağırışı olmadan insanlar ölkədəki sosial duruma etiraz olaraq küçələrə çıxıblar. Qısa müddət ərzində etirazlar bir neçə şəhərə yayılıb.