Son sutka ərzində separatçılar Ukrayna ordusunun 5 tankını məhv ediblər.
Qondarma Donetsk Xalq Respublikasının döyüşçüləri ilə Ukrayna qvardiyaçıları arasında Stepanovka kəndi yaxınlığında şiddətli döyüşlər baş verib.
Separatçılar ukraynalıların bir zirehli maşınını ələ keçiriblər. Bu haqda onların qərargahından xəbər verilib: “Zirehli avtomobilin sursatı qurtarmışdı. Ona görə onu məhv etməyib, salamat ələ keçirməyə qərar verdik. Onu xeyli təqib etdik. Benzomişarla ağacları kəsib yollarını bağladıq. Çıxış yolu qalmayanda ukraynalılar təslim oldu”.
publika.az